Konfrans haqqında

Dayanıqlı Enerji Sistemləri və Qlobal Enerji Təhlükəsizliyi: Çağırışlar və İmkanlar Beynəlxalq Elmi Konfransı mühəndislik və enerji sahələrindəki ən son yenilikləri, texnoloji inkişafları və ekologiya ilə bağlı müasir yanaşmaları müzakirə etmək üçün təşkil olunan nüfuzlu bir tədbirdir. Konfransın əsas məqsədi bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, sıfır emissiya texnologiyaları və ekoloji dayanıqlı mühəndislik sahəsindəki yeni tədqiqatları və tətbiq sahələrini təqdim etməkdir. İştirakçılar arasında alimlər, mühəndislik sahəsində fəaliyyət göstərən mütəxəssislər, sənaye liderləri və tələbələr yer alır. Tədbir müxtəlif panel müzakirələri, məruzələr və təqdimatlar vasitəsilə iştirakçılara innovativ ideyaların və həllərin paylaşılması imkanı yaradır. Konfrans həmçinin ekoloji problemlərin və enerji istehsalının gələcəyi ilə bağlı beynəlxalq əməkdaşlıq və yeni layihələrin təşviqi üçün əhəmiyyətli bir platformadır.

Konfransın Bölmələri:

1. Energetikada enerji siyasəti və idarəetmə
2. Enerji sistemləri və kompleksləri
3. Bərpa olunan enerji mənbələri
4. Elektron təhlükəsiziyi və informasiya-ölçmə texnikası
5. Yüksək enerji fizikası
6. Ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani, onlayn və ya hibrid – əlavə olaraq məlumat veriləcəkdir.

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Düstur – Microsoft Equation, ChemDraw
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı – ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz) – Azərbaycan, ingilis və rus dillərində
Xülasə (60–80 söz) – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər

Ədəbiyyata istinadlar:

Ədəbiyyat siyahısı – kvadrat mötərizədə
– əlifba sırası ilə

Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında yerləşdiriləcəkdir.
(Beynəlxalq seriya nömrələri: ISSN 2708-955X print, ISSN 2709-6033 on-line)

Materiallar 20.11.2025–ci il tarixinədək gesco@sdu.edu.az elektron poçtuna qəbul olunur.

Qeyd: Məqalənizin dərc olunması üçün konfransda iştirak mütləqdir. Seçilmiş məqalələr indeksli jurnalda (SCOPUS) dərc olunacaqdır.

Konfransın Təşkilat Komitəsi

Əminağa Sadıqov
(həmsədr)
Araz Məmmədzadə
(həmsədr)
Rüstəm Qasımov
(həmsədr)
Edvard Abdullazyanov
(həmsədr)
Recep Bentli
(həmsədr)
Elşad Abdullayev
(sədr müavini)
Aytək Babayeva
(sədr müavini)
Orxan Gündüz
(sədr müavini)
İrina Axmedova
(sədr müavini)
Emil Qasımov
(prorektor)
Elmar Xəlilov
(prorektor)
Tamella Əhmədova
(rektorun müşaviri)
Samir Orucov
(şöbə müdiri)
Ulduz Ağayev
(dekan)
Xəyalə Əliquliyeva
(kafedra müdiri,məsul katib)
Cavanşir Məmmədov
(kafedra müdiri)
Tünzalə Babayeva
(kafedra müdiri)
Vefalı Enser
(kafedra müdiri)
Zalıyev Fərid
(kafedra müdiri)

Sumqayıt Dövlət Universiteti Energetika kafedrası

Tərəfdaşlar

Aparıcı təhsil və tədqiqat müəssisələri

Sumqayıt Dövlət Universiteti

Əminağa Sadıqov

Rektor

Malatya Turqut Özal Universiteti

Recep Bentli

Rektor

Kazan Dövlət Energetika Universiteti

Abdullazyanov Edvard

Rektor

Azərişıq ASC

Araz Məmmədzadə

TİM-in direktoru

AzərEnerji

Rüstəm Qasımov

AET və LAEİ direktoru

Panel Müzakirə

Xəyalə Əliquliyeva

Xəyalə Əliquliyeva

Energetika Kafedrasının Müdiri

Moderator

Orxan Kərimzadə

Orxan Kərimzadə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi inkişaf məsələləri üzrə rektorun müşaviri.

Çingiz Orucov

Çingiz Orucov

Bərpa olunan enerji üzrə mütəxəssis

Pərviz Qəribzadə

Pərviz Qəribzadə

Beynəlxalq Enerji Agentliyinin Azərbaycan üzrə eksperti

Olimjan Toirov

Olimjon Toirov

İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin Energetika mühəndisliyi fakültəsinin Dekanı. Beynəlxalq enerji agentliyinin eksperti.

Əlyar Məmmədov

Asim Balbay

Malatya Turqut Özal Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı

Günün Proqramı

23–24 Dekabr tarixlərində

23 Dekabr

Tezliklə proqram yüklənəcək...

24 Dekabr

Tezliklə proqram yüklənəcək...